Menyu

"Qarabağ" azarkeşlərə müraciət etdi

Əziz Əzizli
"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə bildirilib:

"Oktyabrın 1-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq. 

Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat (120 dəqiqə) qalmış açılacaq".

Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" oyunu yerli vaxtla saat 20:45-də başlanacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər