"Sumqayıt" səfərdə 200-cü qolunu vurdu
Əziz Əzizli
"Sumqayıt” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü səfər qolunu vurub.
Operativ Media xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.
“Sabah”la görüşdə (1:1) fərqlənən Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi olub. 200-cü səfər qolu rəqib meydanlarındakı 221-ci matçda qeydə alınıb. “Sumqayıt” turnirin tarixində ən azı 200 səfər qolu vuran 9-cu komandadır.
Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisinin Premyer Liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər qarşılaşmasında (1:2) fərqlənib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net