III MDB Oyunları: Azərbaycan 4-cü yerdə qərarlaşıb
Əziz Əzizli
Azərbaycanda III MDB Oyunlarına start verilib.
Operativ Media xəbər verir ki, hazırda idmançılarımızın aktivində 3 bürünc, 1 gümüş medal var.
Ölkəmiz medal sıralamasında 4-cü pillədə qərarlaşıb.
Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmək) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmək), Yeqor Maynitiski (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.
Siyahıda lider Rusiyadır (9 qızıl, 2 gümüş, 2 bürünc). Belarus (1 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Qazaxıstan (3 gümüş, 2 bürünc) isə üçüncüdür.
İndiyə qədər 4 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net