"Qəbələ"nin futbolçusu antirekorda imza atdı
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının 6-cı turunda bu mövsümün ən erkən qırmızı vərəqəsi göstərilib.
Operativ Media xəbər verir ki, “Azərsun Arena”da keçirilən “Qarabağ” - “Qəbələ” matçında qonaq komandanın futbolçusu Prins Ovusu oyun başlayan kimi, artıq 10-cu saniyədə qayda pozuntusuna yol verib.
19 yaşlı qanalı futbolçu Ağdam komandasının müdafiəçisi Mateus Silvaya qarşı kobud oyun nümayiş etdirib. Bu zaman baş hakim Rauf Cabarov əvvəlcə Ovusuya sarı vərəqə göstərib. Lakin VAR-a baxıldıqdan sonra “sarı” ləğv edilib və “Qəbələ”nin oyunçusuna qırmızı vərəqə göstərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net