"Neftçi" nigeriyalı yarımmüdafiəçi ilə gücləndi
Əziz Əzizli
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Operativ Media xəbər verir ki, "ağ-qaralar" nigeriyalı futbolçu İfeanyi Metyu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net