Menyu

III MDB Oyunlarına bu gün start veriləcək

Şəfa Hüseynli
III MDB Oyunlarına bu gün start veriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək.

Operativ Media xəbər verir ki, ilk yarış günündə stolüstü tennisçilər qüvvələrini sınayacaqlar. Yarışlar saat 10:00-da başlayacaq.

Ölkəmizi bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.

Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər