Menyu

Kəlbəcərdə Bal Festivalı keçirilib

Şəfa Hüseynli
Kəlbəcərdə Bal Festivalı keçirilib

Kəlbəcər rayonunda Bal Festivalı keçirilib. Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və ölkənin digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Festivalda arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılmasıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər