Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Naftalanda təlim-məşq toplanışına start verib
Əziz Əzizli
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Naftalan şəhərində növbəti təlim-məşq toplanışına başlayıb.
Operativ Media xəbər verir ki, əsas məqsəd komandalar arasında Avropa çempionatına hazırlıqdı.
Bir həftə ərzində Azərbaycan komandası Dünya Kubokunun yarımfinalçısı Nicat Abasov və üçqat Avropa çempionu Qədir Hüseynovun rəhbərliyi altında məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq təsdiqlənib.
Komandalar arasında Avropa çempionatı 4-15 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net