Menyu

"Neftçi" "Beşiktaş"ın sabiq hücumçusunu transfer etmək istəyir

Əziz Əzizli
"Neftçi" "Beşiktaş"ın sabiq hücumçusunu transfer etmək istəyir

"Beşiktaş"ın sabiq hücumçusu Vensan Abubakar Azərbaycanda çıxış edə bilər.

Operativ Media xəbər verir ki, "Neftçi" kamerunlu forvardı heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Reşat Can Özbudak məlumat yayıb.

Bakı klubu hazırda azad agent statusunda olan 33 yaşlı forvarda rəsmi təklif göndərib.

Qeyd edək ki, Vensan Abubakar "Beşiktaş"dan başqa "Valensyen", "Loryan", "Portu" və "Əl-Nəsr"in formasını geyinib. Təcrübəli futbolçunun son klubu isə "Hataysporr" olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər