Naxçıvanda UEFA C kursu keçirilib
Əziz Əzizli
AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA C kursunun dördüncü - sonuncu mərhələsi keçirilib.
Operativ Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər üçün yazılı və şifahi imtahanlardan öncə ilkin tibbi yardım mövzusunda Naxçıvan Dövlət Universitetinin tibb kafedrasında təşkil olunmuş seminarın iştirakçılarına sertifikatlar təqdim olunub.
Məşqçilərə uğurlar arzulayan NFF nümayəndələri əməkdaşlığa və Naxçıvan futboluna göstərilən xüsusi diqqətə görə AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
Futbolun kütləviliyi və inkişafı naminə bu əməkdaşlığın gələcəkdə də davamlı olacağı vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net