"Zirə" 500-cü qola çatdı
Əziz Əzizli
“Zirə” 500-cü qolunu vurub.
Operativ Media xəbər verir ki, klub tarixinin yubiley topu Azərbaycan Premyer Liqasının V turunun “Şamaxı” ilə ev matçına təsadüf edib.
Bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior “Zirə”nin 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.
Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komandamız neytral meydanlarda 2 dəfə sevinib.
Qeyd edək ki, 2014-cü ildə yaranan klubun ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə birinci divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net