Menyu

DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulacaq

Əziz Əzizli
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

Operativ Media xəbər verir ki, yarışın səkkizinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63) Bayaman Kərimovla (Qırğızıstan), Həsrət Cəfərov (67kq) Neyser Marimon Hidalqo (Venesuela) ilə İslam Abbasov (87 kq) isə Stanislav Şafarenkoyla (UWW) qarşılaşacaq.

Bu gün Ülvi Qənizadə (72 kq) final görüşündə Fransa təmsilçisi İbrahim Qanemə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda qarşılaşmalarda mübarizə aparacaqlar.

Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər