Menyu

Mourinyo: "Qarabağ"a uduzduğumuz kimi uduza bilmərik

Əziz Əzizli
Mourinyo: "Qarabağ"a uduzduğumuz kimi uduza bilmərik

Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının ilk turunda Lissabonda "Qarabağ"a 3:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Operativ Media “A Bola”ya istinadən xəbər verir ki, təcrübəli məşqçi Azərbaycan çempionuna məğlubiyyət haqda bunları deyib:

"Həmişə qazanmaq istəyirik. Amma iki gün əvvəl "Qarabağ"a uduzduğumuz kimi uduza bilmərik. Bu, "Benfika" deyildi. "Benfika" 30 dəqiqə "Fənərbaxça" ilə görüşdə bir nəfər azlıqda oynayan və sonda müsbət nəticə əldə edən komandadır. Məhz bu, özümü tanıyandan bu yana gördüyüm “Benfika”dır".

Qeyd edək ki, "Qarabağ"la görüşdən sonra "Benfika"nın keçmiş baş məşqçisi Bruno Laje istefaya göndərilmişdi. Onu bu postda Joze Mourinyo əvəz edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər