Premyer Liqa klubu Arda Gülər üçün 150 milyon xərcləyə bilər
Əziz Əzizli
"Real"ın futbolçusu Arda Gülerin karyerasını İngiltərədə davam etdirmək variantı olub.
Operativ Media xəbər verir ki, bu barədə "Defanca Central" məlumat yayıb.
Adı açıqlanmayan Premyer Liqa klubu türk yarımmüdafiəçi üçün Madrid nəhənginə 150 milyon avroluq təklif göndərib. "Kral klunu"nun prezidenti Florentino Peres bu təklifi qəbul etməyib.
Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü olan 20 yaşlı oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net