Menyu

Azərbaycan 3-cü MDB oyunlarında 6 stolüstü tennisçi ilə təmsil olunacaq

Əziz Əzizli
Azərbaycan 3-cü MDB oyunlarında 6 stolüstü tennisçi ilə təmsil olunacaq

3-cü MDB Oyunlarında Azərbaycanı 6 stolüstü tennisçi təmsil edəcək.

Operativ Media xəbər verir ki, Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında yarışda bacarığını göstərəcək.

İdmançılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə mübarizə aparacaqlar.

Stolüstü tennis yarışları sentyabrın 26-dan 29-dək Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq.

3-cü MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər