Menyu

UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı

Əziz Əzizli
UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.

Operativ Media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ötən gecə “Benfika” üzərində tarixi qələbə (3:2) qazanmaqla, ölkəmizin əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.

Qurban Qurbanovun komandası tarixi uğur sayəsində qazancımızı 0,500 əmsal artırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 4,375-ə, son 5 ildəki göstəricisi isə 21.500-ə çatıb.

Bununla bellə, Azərbaycan UEFA reytinqindəki mövqeyi dəyişməz qalıb. Ölkəmiz sıralamada 26-cıdır. Bir addım öndəki Serbiyanın 22.125, təqibçimiz Slovakiyanın isə 21.375 əmsalı var.

Qeyd edək ki, UEFA reytinqinə 95.450 əmsalla İngiltərə liderlik edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər