Menyu

Bir eranı dəyişdirən "Qarabağ"

Əziz Əzizli
Bir eranı dəyişdirən "Qarabağ"

İnsanlar şok vəziyyətində olarkən baş verən hadisənin böyüklüyünü dərhal görə bilmirlər. Dünən “Qarabağ” komandası Azərbaycan xalqını xoş mənada şoka saldı.

Portuqaliyanın ən böyük klublarından biri olan “Benfika”ya səfərdə 3:2 hesabı ilə qalib gəlmək tarixi hadisədir.

Hər iki komandanın büdcəsinə və heyət dəyərlərinə nəzər saldıqda bu qələbənin böyüklüyü daha aydın görünür.

“Qarabağ” həm də böyük bir eranı dəyişdirdi. 2000-ci illərdən etibarən Azərbaycan azarkeşləri avrokuboklarda Türkiyə klublarını dəstəkləyib, onların uğurlarına seviniblər. İndi isə türkiyəli azarkeşlərin dilində “Qarabağ” adı var.

Azərbaycan təmsilçisini dörd böyük klubla müqayisə edir, “Qarabağ” kimi olmağı arzulayırlar. Az büdcə ilə böyük uğur.

Təbriklər, “Qarabağ”! Təbriklər, Azərbaycan!

Ə.Əziz

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər