Azərbaycan millisi Belçika yığmasına qalib gəldi
Əziz Əzizli
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
Operativ Media xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net