Menyu

Bakıda rapid və blits üzrə Azərbaycan çempionatı keçiriləcək

Əziz Əzizli
Bakıda rapid və blits üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Operativ Media xəbər verir ki, 4-8 dekabr tarixlərində təşkil olunacaq çempionat İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq. Çempionatda kişilər arasında FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı olan, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

Yarışın ümumi mükafat fondu 10 000 manat təşkil edir. Bu məbləğin 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turnirində oynanılacaq.

Yarış sistemi və turların sayı iştirakçıların sayından asılı olaraq dəyişə bilər

Qeyd edək ki, ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına ezam olunacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər