Menyu

Azərbaycan ilə Almaniya gəmiçilik sahəsində "yaşıl texnologiya"lar üzrə müzakirələr aparıb

Əziz Əzizli
Azərbaycan ilə Almaniya gəmiçilik sahəsində "yaşıl texnologiya"lar üzrə müzakirələr aparıb

Azərbaycan ilə Almaniya gəmiçilik sahəsindəki mövcud tendensiyalar, o cümlədən rəqəmsallaşma və innovativ həllər, "yaşıl texnologiya"lar üzrə geniş müzakirələr aparıb və bu istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Operativ Media "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir ki, müzakirələr ASCO nümayəndələri ilə Almaniyanın "Unitron" şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibert, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndə heyətinin görüşündə aparılıb. 

Məlumata əsasən, görüş zamanı nümayəndə heyətinə ASCO-nun donanması, fəaliyyət istiqaməti və inkişaf planları barədə ətraflı məlumat təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər