Menyu

"Qalatasaray" qışda Hakan Çalhanoğlunu transfer edə bilər

Əziz Əzizli
"Qalatasaray" qışda Hakan Çalhanoğlunu transfer edə bilər

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya klubunu tərk edə bilər.

Operativ Media bu barədə "Fichajes"ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 31 yaşlı türklə "Qalatasaray" maraqlanır. Tərəflər artıq futbolçunun yayda mümkün transferi ilə bağlı danışıqlar aparsalar da, mümkün transferi qışa təxirə salıblar. Türkiyə klubunun yarımmüdafiəçi üçün 10 milyon avro ödəyəcəyi gözlənilir.

Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. 2024/25 mövsümündə yarımmüdafiəçi 47 matçda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər