Çinin Yivu şəhərindən Avropaya yola düşən qatar Bakıya çatıb
Şəfa Hüseynli
Bu gün Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilir.
Operativ Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.
TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.
Teqlər:
"\u00c7inin Yivu \u015f\u0259h\u0259rind\u0259n Avropaya yola d\u00fc\u015f\u0259n qatar Bak\u0131ya \u00e7at\u0131b"