3,9 milyon dollarlıq çay ixrac edilib
Şəfa Hüseynli
Bu ilin yanvar-iyul ayları ərzində ölkədən 3,9 milyon ABŞ dolları dəyərində 430,8 ton çay ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 8,8 faiz və ya 316,9 min dollar, həcmi isə 7,9 faiz və ya 31,5 ton artıb.
Qeyd edək ki, cari ilin ilk yeddi ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,19 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net