AFFA və UEFA nümayəndələri Nyonda klubların lisenziyalaşdırılması məsələlərini müzakirə etdilər
Əziz Əzizli
AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin əməkdaşları UEFA Klubların Lisenziyalaşdırma Departamentinin nümayəndələri ilə görüşüblər.
Operativ Media xəbər verir ki, Qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüş çərçivəsində tərəflər arasında cari ilin yekun hesabatları təqdim olunub, qarşıdakı mövsüm üçün planlaşdırmalar müzakirə edilib. Həmçinin, klubların lisenziyalaşdırılması prosedurları ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Tərəflərin hər biri öz hesabat və təkliflərini təqdim edib, gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma