Emin Mahmudov: Azarkeşlərdən üzr istəyirəm
Əziz Əzizli
Azərbaycan yığmasının futbolçuları böyükhesablı məğlubiyyətə görə utanc hissi keçirirlər.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.
O, DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb: “Belə nəticəyə görə çox utanırıq. Bu hesabla uduzmamalı idik. Hesabın bu qədər böyük olacağını düşünməmişdik. Azarkeşlərdən üzr istəyirəm. Onlar elə bilməsinlər ki, bu cür məğlubiyyətlərdən sonra biz sevinirik”.
Qeyd edək ki, İslandiya – Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net