İslandiyanın hücumçusu: Qalib gəlmək istədiyimiz Azərbaycanla oyun bizi gözləyir
Əziz Əzizli
İslandiya milli komandasının hücumçusu Andri Qudyonsen DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Reykyavikdə Azərbaycan yığmasına qarşı keçiriləcək D qrupunun ilk görüşü ilə bağlı fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, “433.is” portalına danışan “Blekbern”in forvardı bunları bildirib:
“Həqiqətən həyəcanlıyam. Evə qayıdıb komanda yoldaşlarını görmək çox gözəldir. Hava sadəcə heyrətamizdir. Həqiqətən inkişaf üçün real şansa sahib olmaq istəyiriksə, qalib gəlməli olduğumuz Azərbaycanla oyun bizi gözləyir”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma