Menyu

ABŞ Ukraynaya uzaqmənzilli raketlərin satışını təsdiqləyib

Əsəd Abbaslı
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin satışını təsdiqləyib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd "Extended Range Attack Munition" (ERAM) hava bazalı raketlərin satışını təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən məlumat verib.

Xəbərə görə, satış qərarı keçən həftə qəbul edilib və raketlərin Ukraynaya təxminən altı həftə ərzində çatdırılması gözlənilir.

Bununla belə, bir neçə ABŞ rəsmisi qeyd edib ki, 240-450 km mənzilli ERAM raketlərinin istifadəsi üçün Ukraynanın Pentaqondan icazə alması tələb olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər