Husilər Ben Qurion hava limanına hücum ediblər
Əziz Əzizli
“Ənsar Allah” hərəkatının yəmənli husi üsyançıları Təl-Əvivdəki Ben Qurion hava limanına hipersəs ballistik raketlə hücum ediblər.
Operativ Media xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya məlumat verib.
“Yəmən Silahlı Qüvvələrinin raket birləşmələri unikal hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı onlar Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək Lod hava limanını (yəni Ben Qurion hava limanını) vurublar”, – deyə Sariya husilərin nəzarətində olan “Əl-Məsirə” telekanalında bəyan edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net