Quterreş: İsrailin Qəzzanı nəzarətə götürmək planı təhlükəli eskalasiyadır
Əsəd Abbaslı
İsrailin Qəzzanı nəzarətə götürmək planı "təhlükəli eskalasiya"dır və dinc fələstinlilərin vəziyyətini daha da pisləşdirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin bəyanatında deyilir.
"Baş katib İsrail hökumətinin “Qəzza şəhərini nəzarətə götürmək” qərarından ciddi şəkildə narahatdır. Bu qərar təhlükəli eskalasiya təşkil edir və milyonlarla fələstinli üçün artıq fəlakətli olan nəticələri daha da dərinləşdirmək riski yaradır", - Quterreşin adından yayımlanan bəyanatda bildirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma