Menyu

ABŞ-də hərbi bazaya hücum edilib - YENİLƏNİB

Əsəd Abbaslı
ABŞ-də hərbi bazaya hücum edilib - YENİLƏNİB

ABŞ-də orduya məxsus "Fort Styuart" hərbi bazasına atəş açan şübhəli hərbçidir.

Operativ Media "CNN"ə istinadən xəbər verir ki, şübhəli şəxs saxlanılıb.

Şübhəlinin 28 yaşı var.

Hadisənin səbəbi açıqlanmır.

21:30

ABŞ-nin Corciya ştatında orduya məxsus “Fort Styuart” bazasında 5 hərbçi güllələnib.

Operativ Media xəbər verir ki, yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxs həbs edilib. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Livit Donald Trampın hadisə ilə bağlı məlumatlandırıldığını və Ağ evin hadisəni izlədiyini deyib.

İnsidentin detalları açıqlanmayıb.

21:11

ABŞ-nin Corciya ştatındakı "Fort Stewart" hərbi bazasına silahlı hücum olub.

Operativ Media xəbər verir ki, bu barədə hərbi bazanın Facebook hesabında açıqlama yayılıb.

Bildirildiyinə görə, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşıdırılıb.

Açıqlamada ölənlərin olduğu və hadisənin davam etdiyi qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər