Menyu

Çindən Azərbaycana yeni qatar marşrutu açılıb

Əsəd Abbaslı
Çindən Azərbaycana yeni qatar marşrutu açılıb

Çindən Azərbaycana yeni yük qatarı marşrutu istifadəyə verilib.

Operativ Media xəbər verir ki, qatar bu gün paytaxt Pekinin Fanşan rayonundakı beynəlxalq quru limanından yola düşüb.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) üzrə hərəkət edəcək qatarın 15 gün ərzində Bakıya çatması gözlənilir. Qatar ənənəvi dəniz yolu ilə müqayisədə yükləri 30 gün daha tez Bakıya çatdıracaq.

Avtomobil hissələri, mexaniki ləvazimatlar və digər malların yükləndiyi qatar Horqos terminalından Qazaxıstana, oradan da Xəzər dənizi vasitəsilə Bakıya çatacaq. Qatardakı bəzi yüklər Bakıdan Gürcüstan, Türkiyə və Serbiyaya yola salınacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər