Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun tarixləri bu həftə bəlli olacaq
Əsəd Abbaslı
Rusiya-Ukrayna danışıqlarının yeni - üçüncü raundunun təxmini tarixləri bu həftə müəyyən edilməlidir.
Operativ Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Biz gözləyirik ki, bu həftə üçüncü raundla bağlı bəzi hesablamalar aparılacaq. Dəqiq vaxt demək çətindir”, o, bildirib.
Qeyd edək ki, iyunun 2-də Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Görüşün yekunlarına əsasən tərəflər ağır yaralı hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsinə dair razılığa gəliblər.
Rusiya 6 minə yaxın həlak olan hərbçinin cəsədini Kiyevə təhvil verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net