Braziliyada daşqınlar səbəbindən 3 nəfər həyatını itirib
Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul əyalətində güclü yağışlar daşqına səbəb olub.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İndiyədək daşqınlarda 3 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.
Mülki müdafiə qrupları tərəfindən yağışdan zərər çəkmiş ərazilərdən 6 minə yaxın insan təxliyə edilib.
Çayların daşdığı və bir çox evin su altında qaldığı ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Təxminən 100 şəhərin daşqınlardan zərər çəkdiyi və təxliyə işlərinin çətinliklə davam etdiyi bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net