FED faiz qərarını açıqlayıb
Əsəd Abbaslı
ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin rəsmi saytında açıqlama verilib.
Qeyd olunur ki, cari faiz diapazonu 2024-cü ilin dekabrından etibarən dəyişməz qalıb.
Məlumatda həmçinin bildirilib: "İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik azalsa da, hələ də yüksək səviyyədə qalır."
FED-in bu qərarı bazar iştirakçılarının gözləntiləri ilə tam üst-üstə düşüb. CME birjası tərəfindən hazırlanan “FedWatch” alətinə görə, faiz dərəcəsinin dəyişmədən saxlanma ehtimalı 99,9% təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net