Menyu

Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları tarixi addım adlandırıb

Nərmin Qocamanlı
Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları tarixi addım adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında iyunun 2-də İstanbulda keçirilən danışıqları Ukrayna nizamlanması üçün tarixi addım adlandırıb.

Operativ Media xəbər verir ki, bu barədə Ərdoğan Qurban bayramı münasibətilə xalqa müraciətində bildirib.

“Türkiyə olaraq, biz Fələstindəki soyqırımı dayandırmaq və Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün ədalətli bir sülh təmin etmək adına hər cür səyi göstəririk. İstanbulda 2 iyun tarixində baş tutan görüş, artıq dörd ildir davam edən qanlı müharibəyə son vermək istiqamətində tarixi bir addım oldu,” – deyə o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər