Menyu

Qəzzada həlak olanların sayı 54 418 nəfərə çatıb

Əsəd Abbaslı
Qəzzada həlak olanların sayı 54 418 nəfərə çatıb

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib.

Operativ Media xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlayıb.

Açıqlamada Qəzza zolağında son 24 saatda 37 cəsədin və 136 yaralının xəstəxanalara gətirildiyi, cəsədlərdən 5-nin İsrailin əvvəlki hücumlarında dağıntılar altında qalan mülki şəxslərə aid olduğu bildirilib.

İsrailin Qəzza zolağında martın 18-də atəşkəsi birtərəfli qaydada pozmasından indiyədək 4149 fələstinli həlak olub, 12149 fələstinli isə yaralanıb.

Nazirlik bəzi cəsədlərin hələ də, dağıntılar altında olduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər