Ukrayna atəşkəs memorandumunu Rusiyaya verib
Əsəd Abbaslı
Ukrayna Rusiyaya atəşkəslə bağlı memorandumu təhvil verib.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.
"Mən Ukraynanın mövqeyini əks etdirən sənədimizi Rusiya nümayəndə heyətinin rəhbərinə təhvil vermişəm. Onlar bu sənədi alıblar. Biz Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə və gələcək diplomatik işə hazır olduğunu təsdiq edirik. Biz ruslarla görüşlərin əleyhinə deyilik və onların memorandumunu gözləyirik ki, görüş boş olmasın və həqiqətən də, müharibənin sonunu yaxınlaşdırsın", - deyə Umerov bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net