Pakistan Hindistan aviaşirkətlərinə hava məkanını bağlama müddətini uzadıb
Əsəd Abbaslı
Pakistan Hava Limanının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb.
Operativ Media xəbər verir ki, bu barədə Pakistanın "Dawn" portalı məlumat yayıb.
"Hindistan təyyarələrinin Pakistanın hava məkanından istifadəsinə qoyulan qadağa iyunun 24-dək uzadılıb", – Pakistan Hava Limanları İdarəsinin bəyanatında qeyd olunub.
“Hindistan aviaşirkətləri tərəfindən həyata keçirilən reyslərin Pakistan hava məkanında həyata keçirilməsinə icazə verilməyəcək”, – məlumatda bildirilib.
Aprelin 24-də Pakistan hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net