Menyu

Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

Əsəd Abbaslı
Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

Böyük Britaniya yaxın vaxtlarda Avropa İttifaqı ilə yeni çoxsektorlu saziş imzalayacaq.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib. Hökumət başçısı bildirib ki, sazişin məqsədi “Breksit”dən sonrakı münasibətləri daha da sıxlaşdırmaqdır.

Sənədlə bağlı hələlik ətraflı məlumat yoxdur. Lakin bazar ertəsi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın Londona səfəri təsdiqlənib.

Tərəflərin başlıca olaraq müdafiə sahəsində müzakirələr aparacağı gözlənilir. Bununla belə, Starmer vahid bazarın yaradılması fikrini istisna edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər