Menyu

Tramp Putinin Ukraynada atəşkəs qərarını yüksək qiymətləndirib

Nərmin Qocamanlı
Tramp Putinin Ukraynada atəşkəs qərarını yüksək qiymətləndirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümündə Ukraynada atəşkəs elan etmək qərarını yüksək qiymətləndirib.

Operativ Media xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

D.Trampın sözlərinə görə, indi bütün tərəflər münaqişənin həlli üçün əlverişli mövqedədir: “Həm Rusiya, həm də Ukrayna məsələnin sülh yolu ilə həllinə sadiqdir.

Mən prezident olmasaydım, heç kim bunu həll etməzdi. Vaşinqton administrasiyasının əvvəlki lideri Co Bayden Putinlə üç il danışmadı və bunların heç biri baş verməməli idi. Ölənlərin həqiqi sayını öyrənəndə çox məyus olacaqsınız. Bu, çox ölümcül və dəhşətli müharibədir".

Qeyd edək ki, V.Putin mayın 8-dən 11-nə qədər atəşkəs elan etmək qərarına gəlib.

Kremlin məlumatına görə, həmin müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər