Menyu

Serbiya prezidenti xəstəxanaya yerləşdirilib

Əsəd Abbaslı
Serbiya prezidenti xəstəxanaya yerləşdirilib

Serbiya prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə Serbiyanın keçmiş baş naziri, hakim Serb Tərəqqi Partiyasının (SPP) lideri Miloş Vuçeviç bildirib.

Bildirilib ki, Vuçiçin səhhətində problem yaransa da, hazırda o özün yaxşı hiss edir.

"Prezident özünü yaxşı hiss edir, ölkəsindədir. Hərbi Tibb Akademiyasından olan həkimlərimiz onun vəziyyətini izləyir və o, bir neçə gün müalicə alacaq və sağalacaq", - deyə Vuçeviç bildirib.

Qələbə günü üçün Moskvada gözlənilən Vuçiç və Slovakiyanın baş naziri Robert Fitsonun səhhətlərində problemlər yaranıb və son günlər planlaşdırılan görüşləri ləğv ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər