Menyu

Ledi Qaqanın konsertində planlaşdırılan bombalı hücumun qarşısı alınıb

Əsəd Abbaslı
Ledi Qaqanın konsertində planlaşdırılan bombalı hücumun qarşısı alınıb

Braziliya polisi Ledi Qaqanın şənbə günü Rio-de-Janeyrodakı Kopakabana çimərliyində konsertinə planlaşdırılan bombalı hücumun qarşısını aldığını açıqlayıb.

Operativ Media xəbər verir ki, hücum nifrət nitqini və yeniyetmələrin radikallaşmasını, özünə zərər verməsini və zorakılığı təbliğ edən qrup tərəfindən təşkil edilib.

“Şübhəlilər əldə düzəldilmiş partlayıcılar və “molotov” kokteyllərindən istifadə etməklə koordinasiyalı hücumlar həyata keçirmək üçün iştirakçıları, o cümlədən azyaşlıları cəlb ediblər”, - deyə polisin açıqlamasında qeyd olunub.

Hücumda şübhəli bilinən 2 nəfə saxlanılıb.

Şəhər meriyasının məlumatına görə, amerikalı pop müğənninin konsertinə 2,1 milyon insan gəlib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər