Hindistan Pakistana daha bir çayın axınını dayandırıb
Əsəd Abbaslı
Hindistan Pakistanla sərhəddə Çenab çayı üzərindəki Bağlihar bəndindən su axınını dayandırıb və Celum çayındakı Kişanqanqa bəndində oxşar tədbirləri planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə “Press Trust of India” mənbəyə istinadən məlumat yayıb.
Hidroelektrik layihələri Cəmmudakı Rambandakı Baglihar və Kəşmirin şimalındakı Kişanqanqa Hindistana suyun buraxılma vaxtını tənzimləmək imkanı verir.
Hindistanın onilliklər boyu davam edən müqaviləni dayandırmaq qərarı Cəmmu və Kəşmir əyalətinin Pahalqam şəhərində baş verən intiharçı hücumda əksəriyyəti turist olan 26 nəfərin ölümündən sonra verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net