Netanyahu: Husilərin hücumuna cavab veriləcək
Əsəd Abbaslı
"Yəməndən atılan raket nəticəsində Ben-Qurion hava limanı yaxınlığında baş verən partlayışa cavab veriləcək".
Operativ Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahu deyib ki, İsrail ABŞ ilə birlikdə hərəkət edir:
“Biz keçmişdə də hücum etmişik, gələcəkdə də edəcəyik. Daha çox zərbə olacaq,” – o vurğulayıb.
Qeyd edək ki, hücumun məsuliyyətini Yəməndəki husilər üzərinə götürüblər. Raket zərbəsi nəticəsində İsraildə 8 nəfər xəsarət alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net