Menyu

ABŞ Çin mallarının rüsumsuz idxalı qaydasını ləğv edib

Əsəd Abbaslı
ABŞ Çin mallarının rüsumsuz idxalı qaydasını ləğv edib

Tramp administrasiyası dəyəri 800 ABŞ dollarınadək olan Çin mallarının rüsumsuz idxalı qaydasını ləğv edib.

Operativ Media xəbər verir ki, bu qərar ABŞ şirkətlərinin və fərdi şəxslərin daha əvvəl tətbiq edilmiş rüsumlardan yayınmaqla Çin mallarını idxal etmək üçün aktiv şəkildə istifadə etdikləri boşluğu bağlamış olur.

Əvvəllər qüvvədə olan “de minimis” qaydası fiziki şəxslərin və ya kiçik biznes müəssisələrinin birbaşa əldə etdiyi, dəyəri 800 ABŞ dollarınadək olan Çin mallarının rüsumsuz idxalına icazə verirdi.

Dəyişikliklər həm Çindən, həm də Honkonqdan idxal edilən mallara təsir edəcək.

Bundan əlavə, tədbirlər digər ölkələr vasitəsilə gətirilən mallara da şamil ediləcək.

Xatırladaq ki, daha əvvəl Çin hakimiyyəti ABŞ-nin ikitərəfli danışıqlar aparmağa hazır olması barədə bəyanatlarının araşdırıldığını bəyan etmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər