Menyu

İsrail Dəməşqə hava zərbələri endirib

Əsəd Abbaslı
İsrail Dəməşqə hava zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətində olan və Dəməşqin cənub-qərb ətraflarında asayişin bərpası əməliyyatında iştirak edən təhlükəsizlik qüvvələrinin bölmələrinə hücum edib.

Operativ Media xəbər verir ki, bu barədə Suriya mənbələrinə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin PUA-ları təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə azı 5 zərbə endirib.

Hücum Dəməşqdəki keçid hökumətinin Daxili İşlər Nazirliyinin rəsmilərin paytaxtın cənub-qərbindəki, druzların məskunlaşdığı Səhnayaya nəzarəti ələ keçirdiklərini və yerli silahlıları təqib etdiklərini açıqladıqdan sonra həyata keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər