ABŞ və İran arasında danışıqların ikinci raundunun tarixi açıqlanıb
Əsəd Abbaslı
İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarının həllinə həsr olunmuş ikinci danışıqlar raundu 19 aprel tarixində Romada baş tutacaq.
Operativ Media xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu şənbə günü Romada İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları nümayəndələri arasında danışıqların ikinci raundu keçiriləcək. Danışıqların məqsədi ədalətli və davamlı sazişə doğru irəliləyiş əldə etməkdir”, – deyə nazirliyin bəyanatında qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma