Menyu

Mirzoyan: Üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edirik

Əsəd Abbaslı
Mirzoyan: Üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edirik

Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Hesab edirik ki, indi sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik. Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm Yerevan, həm də Bakı üçün məqbul olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər”, - o deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər