Donald Tramp Rusiya-Ukrayna müharibəsinə görə Co Baydeni günahlandırıb
Əziz Əzizli
Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib.
Operativ Media xəbər verir ki, Rusiyanın Sumiyə hücumu ilə bağlı suala Tramp “Mən bunun dəhşətli olduğunu düşünürəm” deyə cavab verib.
Bütün müharibələrin "dəhşətli bir şey" olduğunu qeyd edən Tramp, "Mən prezident olsaydım, bu ölkə heç vaxt müharibənin başlamasına icazə verməzdi. Bu müharibə biabırçılıqdır" deyə qeyd edib.
Müharibənin başlamasının Baydenin günahı olduğunu ifadə edən Tramp, "Bu, mənim müharibəm deyil. Bu, Baydenin müharibəsidir. Mən sadəcə onu dayandırmağa və çox sayda insanın həyatını xilas etməyə çalışıram" deyə bildirib.
Rusiya ordusunun bu gün Ukraynanın Sumi şəhərinə endirdiyi ballistik raket hücumunda 32 nəfərin öldüyü, 99 nəfərin yaralandığı bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net