Ukraynada Sumı şəhərinə raketlər atılıb
Əsəd Abbaslı
Ukraynanın Sumı şəhərinin mərkəzinin Rusiya ordusu tərəfindən raketlərlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər yaralanıb.
Ukraynanın daxili işlər naziri İqor Krimenkonun sözlərinə görə, həlak olanlardan 2-si, xəsarət alanların 7-si uşaqdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, atəşlər şəhərin küçəsini, o cümlədən evləri, təhsil müəssisələrini, avtomobilləri hədəf alıb. Onun sözlərinə görə, təcavüzkara təzyiq olmadan sülh mümkün deyil.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net